Orxan Gəncəbay azərbaycanlı müğənniyə babalıq edəcək

Müğənni Orxan Babazadə Türkiyənin məşhur sənətçisi Orxan Gəncəbayla olan layihəsini nəhayət ki gərçəkləşdirib.

Bu barədə AzNews.az-a Orxan Babazadə açıqlama verib: "İki gün olar İstanbuldan qayıtmışam. Orxan Gəncəbay məni evinə qonaq çağırmışdı. Türkiyənin sənət babası Etilərdə ən gözəl məhəllədə yaşayır. Orxan Gəncəbay çox səmimi və təvazökar bir insandır. Onunla ikinci dəfə görüşməyimə səbəb "Ya rəbbim" mahnısının klip çəkilişi ilə bağlı idi. Mahnını ifamda dinlədi və çox xoşuna gəldi. Hətta mənə sənətdə babalıq edəcəyini belə söylədi. Klipimizə gəlincə, klipin Türkiyədəki kadrları artıq hazırdı, bircə qalıb Bakıda olan görüntüləri. İnşallah klip hazır olduqdan sonra, onu Orxan Gəncəbaya göstərəcəyik. Daha sonra isə onu söz verdiyim kimi "Kral TV"-də yayımlamaq fikirindəyəm. Klipin rejissoru Əsmər Kamilqızıdır. İnşallah Orxan Gəncəbayı hələ Bakıya da qonaq çağıracağıq"- deyə müğənni bildirib.

Bahar
AzNews.az