- Köhnə - Şou-biznes
- 26 Sentyabr 2012 06:32
- 2 880
Arzu Rzayev: “Bəstəkarların heç birində yaxşı mahnı yoxdur”

Onun fikrincə, bu günün bəstəkarlarının yazdığı mahnılar bir günlükdü: "Mahnıların hamısı bir günlükdür. Oxudu, düşdü efirdən, vəssalam. Belə mahnı olmur. Odur ki, özüm çalışıram. Hazırda iki xalq mahnısı üzərində işləyirəm".
Müğənni fəxri adlarla bağlı yaranan söz-söhbətə də münasibət bildirdi: "Mənim bir adım var- Arzu. Bu adı atam verib. Artıq yaşım 50-ni keçib. Bundan sonra ad almağın nə mənası? Heç marağında da deyiləm. 35 ildir ki, səhnədəyəm. Bu gün kiməsə oxumaq, sənət lazım deyil. İrəli getmək üçün başqa şeylər lazımdır".
Bahar
AzNews.az