Bəhram Bağırzadə: “Neftçi” “İnter” üçün “cümə axşamı” verəcək”

"Bakılı oğlanlar" şən və hazırcavablar klubunun üzvü Bəhram Bağırzadə bütün azarkeşləri bu gün "Neftçi"yə dəstək olmağa çağırıb. AzNews.az-ın məlumatına görə, Trend-ə danışan B.Bağırzadə bildirib ki, "Neftçi"nin qalib olmasına inanır: "İnanıram ki, bu gün komandamız "İnter" üçün "cümə axşamı" verəcək. Hiss edirəm ki, komandamız uduzmayacaq.

Çünki bu komandanın Böyükağa Hacıyev kimi ambisiyalı və cəsur məşqçisi var. Mən onun Napoleonla müqayisə edərdim. Yalnız belə insanlar tarixdə qalırlar".

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçiriləcək "Neftçi" – "İnter" oyunu bu gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq.

AzNews.az