Rihannanın Bakıdakı ilk görüntüləri AzNews.az-da – EKSKLÜZİV – FOTOSESSİYA

Artıq məşhur müğənni Rihanna Bakıya gəlib. bu dəqiqələrdə paytaxtda yeni istifadəyə verilən məşhur "Fours Seasons Hotel"ə gəldiyi an AzNews.az-ın fotokamerasına yaxalanıb.

Müğənni avtomobildən düşən zaman jurnalistləri əl ilə salamlamaqla kifayətlənib. O, hərbi kamuflaj geyimində diqqəti çəkib. Maraqlı məqamlardan biri isə Rihannanın şəxsi mühafizəçilərinin müşayiət etməsiylə hotelə daxil olması idi.

Rihanna Bakıya xüsusi reyslə 80 nəfərlik komandası ilə gəlib. O, sabah "Baku Crystal Hall"da ilk məşqini keçirəcək və onun paytaxtla tanış olması üçün şəhər gəzintisi nəzərdə tutulub.
Qeyd edək ki, Rihanna oktyabr ayının 6-da "Baku Crystal Hall"da solo-konsert proqramıyla çıxış edəcək.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description