- Köhnə - Şou-biznes
- 13 Oktyabr 2012 08:04
- 5 275
Modelimizlə müğənni gecə klubunda – PAPARAZZİ – FOTOSESSİYA - YENİLƏNİB
.jpg)
"Məni ora rəfiqələrim dəvət edib. Sənətçilərin əyləşdiyi masada da mənə yer verdilər. Haqqımda çox söz-söhbətlərin yayılmasına qarşıyam. Hər zaman işimlə məşğul olmuşam".
***
11: 29
Model Səbinə Allahverdiyeva və "A-trio" qrupunun keçmiş solisti, müğənni Vüsal Hacıyev gecə klublarının birində birlikdə AzNews.az-ın fotokamerasına yaxalanıblar. Cütlük klubda şən əhval-ruhiyyədə görünməsinə və diqqət çəkməməyə çalışsalar da, buna nail ola bilməyiblər.
Belə ki, yan-yana əyləşən Səbinə və Vüsalın masasında müğənnilər Emil Bədəlov, Xəyal Rzazədə və rep ifaçısı Ceyhun (ləqəbi Cin) də var idi. Mehriban görünən dostlar ya mobil telefon vasitəsilə mesaj yazırdılar (danışırdılar), ya süfrədəki təamlardan dadırdılar, ya da öz aralarında söhbət edirdilər ki, bu da diqqətmizdən yayınmadı.
Daha çox nəzərimizdən yayınmayan məqam isə Səbinə ilə Vüsalın birlikdə görünmələri və səmimi olmaları idi. Cütlükdən münasibətlərini soruşduqda, cavabında bunları dedilər: "Düzdür, kluba birlikdə gəlmişik, dostuq. Burada yozulası başqa heç nə yoxdur".
Fuad Mədətov
AzNews.az

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)