Xalq artistini təəccübləndirən mahnı

Xalq artisti Flora Kərimova repertuarına yeni 4 mahnı daxil edəcək. Bu barədə AzNews.az-a mahnıların musiqi müəllifi Tural Bakuvi deyib. O bildirib ki, hazırda Xalq artsitiylə birlikdə həmin 4 mahnı üzərində işləyir:

"Mahnılar yaxın günlərdə işıq üzü görəcək. Onların arasında "Beşinci fəsil" adlı mahnı var ki, bu, Flora xanım ürəyincə olub. O deyir ki, son 10 il ərzində belə bir mahnı eşitməyib".

Bəstəkar onu da qeyd edib ki, müğənnilər ona mahnı sifariş verəndə sözlərin də, musiqinin də bayağı olmasını xahiş edirlər:

"Dolayısıyla, bu məsələ göstərərik ki, müğənnilərimiz hansı təfəkkürə malikdir. Bu cür qarışıqlıqdan piratlar istifadə edirlər. Elə ona görə də pirat disklərdə "Payız" kompozisiyamı gördüm. Bu, yaradıcı insana təsir edən məqamdır".

Fuad Mədətov
AzNews.az