“Xəzər” Televiziyasının aparıcısı Zaur Kamal “Pişik” ləqəbi ilə tanınan müğənni Güneldən və onun həyat yoldaşından üzr istəyib. “Xəzər” Televiziyasının aparıcısı Zaur Kamal “Pişik” ləqəbi ilə tanınan müğənni Güneldən və onun həyat yoldaşından üzr istəyib.

Zaur müğənni Güneldən üzr istədi - "Xəzər"də qalmaqal

“Xəzər” Televiziyasının aparıcısı Zaur Kamal “Pişik” ləqəbi ilə tanınan müğənni Güneldən və onun həyat yoldaşından üzr istəyib.


Bu barədə AzNews.az-a müğənninin özü məlumat verib.

O bildirib ki, həyat yoldaşı Zaur Kamalın "Xəzər" Televiziyasında yayımlanan "5 də 5" verilişini internetdə izlədikdən sonra çox əsəb keçirib:

"O, verilişə baxandan sonra dedi ki, Zaurun efirdə qızımızı müzakirə etməyə haqqı yoxdur. Əlbəttə, bu, normal hərəkət deyil. Belə şeyi heç kəs qəbul edə bilməz. Zaur da sonda yoldaşımdan və məndən üzr istədi".

Müğənni Günel qeyd edir ki, heç kəsin başqasının şəxsi həyatına müdaxilə etməyə haqqı yoxdur: "Mən onsuz da Zaurun cavabını canlı efirdə verdim. O, ümumiyyətlə bütün müğənnilərə qarşı aidiyyatı olmayan suallar verir. Kiminsə mənə qarşı haqsızlıq etməsini qəbul etmərəm. Həyat yoldaşımı bütün şou-biznes əhli tanıyır. Zaur deyir ki, "Günel mənim dostumdur". Mən də bildirdim ki, sən mənim dostum olsaydın, uşağımın atasını tanıyardın. Sən mənim dostum deyilsən".

Müğənni "Xəzər" Televiziyasını çox sevdiyini və onun rəhbərliyinə hörməti olduğunu da diqqətə çatdırıb: "Sadəcə olaraq, o Televiziyanın aparıcısı ağzına gələni danışır. Son efirdəki hərəkətləri ilə də mənim qızımın atası ilə üz-üzə gəldi. Hər kəs etdiyi əməllərinə görə cavab verir. Amma mən bir az səbriyəm. Bilirəm ki, Zaur buna görə həddindən artıq peşimandır".

Xatırladaq ki, Zaur Kamal "5 də 5" verilişində qonaq olan müğənni "Pişik" Günelə bir müddət əvvəl dünyaya gətirdiyi uşağın atası ilə bağlı yerli-yersiz suallar verib.

Bahar RÜSTƏMLİ
AzNews.az