Xalq artisti İlhamə Quliyevanın bəstəkar-müğənni Elza Seyidcahana qarşı qaldırdığı iddia ilə bağlı ərizə yaxın günlərdə məhkəməyə təqdim olunacaq. Xalq artisti İlhamə Quliyevanın bəstəkar-müğənni Elza Seyidcahana qarşı qaldırdığı iddia ilə bağlı ərizə yaxın günlərdə məhkəməyə təqdim olunacaq.

İlhamə-Elza davası yaxın günlərdə məhkəmədə olacaq

Xalq artisti İlhamə Quliyevanın bəstəkar-müğənni Elza Seyidcahana qarşı qaldırdığı iddia ilə bağlı ərizə yaxın günlərdə məhkəməyə təqdim olunacaq.


Bunu AzNews.az-a açıqlamasında İlhamə Quliyevanın vəkili Tahir Əlirzayev deyib. Onun sözlərinə görə, hazırda tərəflər arasında baş verən olayla bağlı sənədlər, sübutlar toplanır: "Sənədlərin hazırlığı yekunlaşandan sonra iddia ərizəsini məhkəməyə təqdim edəcəyik".

Vəkil vurğulayıb ki, tam olaraq iddia ərizəsi hazır olmadığından E.Seyidcaha qarşı tələb olunan təzminat məbləği açıqlanmayıb: "Təzminatın məbləğini İlhamə xanım müəyyənləşdirəcək. Mənə konkret məbləğlə bağlı heç nə deyilməyib".

T.Əlirzayev bildirib ki, bu günə kimi məlum hadisəylə bağlı E.Seyidcahan tərəfindən heç bir addım atılmayıb: "Nə üzrxahlıq olub, nə də təkzib".

Qeyd edək ki, Xalq artisti İlhamə Quliyevanın əməkdar artist Elza Seyidcahanı məhkəməyə verməsinə səbəb bəstəkarın onun barəsində "Mən "Şöhrət" ordenli şərəfsiz deyiləm" ifadəsini işlətməsidir.

Bahar RÜSTƏMLİ
AzNews.az