- Köhnə - Şou-biznes
- 15 Yanvar 2016 10:07
- 6 094
Selin Dionun əri öldü - Fotolar

Dünya şöhrətli müğənni Selin Dionun əri və meneceri Rene Anjelil vəfat edib.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, o, 73 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
"Anjelil özünün Las-Veqasdakı evində, xərçənglə uzun və qəhrəmancasına mübarizədən sonra vəfat etdi. Digər məlumatlar yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdırılacaq. Ailəsi yaxın zamanda narahat edilməməyi xahiş edir", - deyə Selin Dionun nümayəndəsi bildirib.



