Əməkdar artist Mehriban Xanlarova ilə müğənni Kərim Abbasov arasındakı məhkəmi prosesi başa çatıb. Əməkdar artist Mehriban Xanlarova ilə müğənni Kərim Abbasov arasındakı məhkəmi prosesi başa çatıb.

Mehribanla Kərimin məhkəməsi bitdi - “Üzr istəməlidir”

Əməkdar artist Mehriban Xanlarova ilə müğənni Kərim Abbasov arasındakı məhkəmi prosesi başa çatıb.



Aktrisa ifaçının məhkəmədə uduzduğunu bildirib:

"Məhkəmə iddiamı təmin etdi. Kərim sosial şəbəkədə məndən üzr istəyəcək. Eyni zamanda saytlar vasitəsilə də üzr istəməlidir. Bir də 1000 manat təzminat ödəyəcək. İnsanlar sosial şəbəkədə məni boş yerə söyürdü. Hamısına ayıb olsun. İndi görsünlər ki, düz kimdir".

Qeyd edək ki, K.Abbasov M.Xanlarova ilə bağlı bu sözləri yazıb:

"Həci xanım və əməkdar artist Mehriban Xanlarovanı doğrudan çox istəyirəm. Əsl nümunəvi Azərbaycan xanımıdır. Mehriban xanım, mən sizdən dönə-dönə üzr istəyirəm. Pis insan mənəm. Siz çox gözəl insansınız, belə də qalın. Mən istəyərdim ki, televiziyada olan dostlarım Mehriban xanımı tez-tez efirlərə çağırsınlar. Əsl tərbiyədən və ailə mövzusundan gözəl anlayışı olan sənətkardır və hamıya məsləhətlərini verə bilər. Mehriban xanım, sizə yalnız alqışlar düşür".

Aktrisa ilə müğənni arasındakı qalmaqal "Maşın" şouda başlamışdı. K.Abbasov sosial şəbəkədə M.Xanlarovanın ünvanına təhqirlər yazmışdı. M.Xanlarova onun şərəf və ləyaqətini alçatdığı üçün müğənni Kərim Abbasovu məhkəməyə verib. Daha sonra K.Abbasov aktrisanı onu efirlərin birində şantaj etməkdə günahlandırıb və məhkəməyə müraciət etmişdi.

Axşam.az