Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın - Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi müzakirəyə çıxarılıb. Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın - Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi müzakirəyə çıxarılıb.

Komitə sədri: “Milli Məclisdə deyilən iradlara heç bir reaksiya verilmir”

Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın - Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi müzakirəyə çıxarılıb.


Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

V. Zahirov deyib ki, 2015-ci ildə bələdiyyələrin qanunsuz torpaq satışlarının qarşısının alınması üçün tədbirlər həyata keçirilib. Keçən il bələdiyyələr tərəfindən 1406 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. Pozuntular sırasında bələdiyyə iclaslarında müzakirə edilmədən torpaqların satılması barədə bələdiyyə sədri tərəfindən təkbaşına qərar verilməsi, torpaqların hərraclar zamanı dəyərindən aşağı satılması qeyd edilib. Nazir müavini "Bələdiyyə satınalmaları haqqında" qanunun qəbulunu təklif edib.

Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, 2015 və 2016-cı ildə dövlət büdcəsindən bələdiyyələrə subvensiya ayrılmayıb: "Bələdiyyələr fiziki şəxslərdən torpaq və əmlak vergisini toplamaqda çətinliklərlə üzləşir, fiziki şəxslər bu vergilərdən yayınırlar. Digər tərəfdən, çoxlu sayda çoxmərtəbəli binaya mülkiyyət sənədləri verilməyib, ona görə də bu binalardakı mənzillərdən əmlak vergisi yığmaq mümkün deyil. İndiyə qədər bələdiyyələrin heç də hamısı mülkiyyətində olan torpaqların xəritələrini əldə edə bilməyib. Ümumiyyətlə, qəribə vəziyyət yaranıb. Nazirlər Kabineti istisna olmaqla, Milli Məclisdə deyilən irad və təkliflərə heç bir reaksiya verilmir. Milli Məclisdə səslənən irad və təkliflər müvafiq orqanlara göndərilsin, onlardan cavab tələb edək".

Spiker Oqtay Əsədov deyib ki, ilk dövrlərdən bələdiyyələr haqqında pis fikir formalaşıb: "Bələdiyyələrə şərait yaratmaq, onlara dəstək vermək lazımdır. Ancaq bələdiyyələrin də real fəaliyyəti olmalıdır ki, onlara dəstək verilsin. Bələdiyyələrə vergi yığmaq üçün sanksiya səlahiyyəti verilə də bilər. Bəzi bələdiyyələr yaxşı işləyir, əksəriyyət yaxşı işləmirsə, deməli, bələdiyyələr sistemi düzgün qurmayıblar. Bələdiyyələrin hesabatı formal olmamalıdır".

Müzakirələr davam edir.

APA.az