Əli Həsənov ATƏT-in nümayəndəsini qəbul etdi

Bakıda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçi və onu müşayiət edən nümayəndə heyəti bu gün Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşüb.

AzNews.az-un məlumatına görə, görüşdə ATƏT ilə Azərbaycan hökuməti arasında mövcud olan əməkdaşlığın indiki səviyyəsi və perspektivləri, təşkilatın ölkədə medianın inkişafına verdiyi dəstək və digər bu kimi məsələlər nəzərdən keçirilib.

Vasif Həsənli
AzNews.az