- Köhnə - Siyasət
- 15 Mart 2016 19:50
- 3 567
İran rəsmisindən sərhəddəki atışma ilə bağlı - Açıqlama
İranın Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə silahlı qarşıdurma barədə şayiələri təkzib edir.
"Sərhəddə iranlı sərhədçilər, yaxud İran vətəndaşları ilə heç bir toqquşma baş verməyib", - deyə, nazirliyin sərhədyanı məsələlər şöbəsinin rəhbəri Məcid Ağababeyi bildirib.
Onun sözlərinə görə, bazar günü qeydə alınan toqquşma azərbaycanlı sərhədçilərlə Azərbaycan vətəndaşları, bir neçə əcnəbi arasında baş verib və İran sərhədindən aralıda olub.
Oxu.Az