ATƏT-in Parlament Assambleyası (PA) Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. ATƏT-in Parlament Assambleyası (PA) Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

ATƏT PA-dan çağırış - “Hərbi əməliyyatları dərhal dayandırın“

ATƏT-in Parlament Assambleyası (PA) Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.


AzNews.az-ın məlumatına görə, bu barədə ATƏT PA sədri İlka Kanerva və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kristian Vigeninin birgə bəyanatında deyilir. Onlar hesab edir ki, döyüşlər dayandırılmalıdır: "Dağlıq Qarabağ münaqişəsi uzun illər xeyli insan itkisinə səbəb olub. Biz tərəfləri atəşi dayandırmağa və növbəti zorakılıq hallarının artmasından qaçmaq üçün maksimum təmkin göstərməyə çağırırıq".


Onlar ATƏT-in Minsk qrupuna və onların münaqişənin sülh yolu ilə həlli səylərinə tam dəstəklərini bir daha qeyd ediblər.