Xəbər verdiyimiz kimi, bu gün Ermənistan prezidenti Serj Sarkisyan Almaniyaya rəsmi səfərə gedib. Səfər çərçivəsində Sarkisyanın Almaniya kansleri Angela Merkellə də görüş keçirməsi gözlənilir. Görüş zamanı son günlər Dağlıq Qarabağ təmas xəttində vəziyyətin gərginləşməsiylə bağlı müzakirə aparılacağı bildirilir. Xəbər verdiyimiz kimi, bu gün Ermənistan prezidenti Serj Sarkisyan Almaniyaya rəsmi səfərə gedib. Səfər çərçivəsində Sarkisyanın Almaniya kansleri Angela Merkellə də görüş keçirməsi gözlənilir. Görüş zamanı son günlər Dağlıq Qarabağ təmas xəttində vəziyyətin gərginləşməsiylə bağlı müzakirə aparılacağı bildirilir.

Almaniyadakı soydaşlarımız Berlinə toplaşıb – Sarkisyana böyük etiraz

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan prezidenti Serj Sarkisyan Almaniyaya rəsmi səfərə gedib. Səfər çərçivəsində Sarkisyanın Almaniya kansleri Angela Merkellə də görüş keçirməsi gözlənilir. Görüş zamanı son günlər Dağlıq Qarabağ təmas xəttində vəziyyətin gərginləşməsiylə bağlı müzakirə aparılacağı bildirilir.


Bununla əlaqədar soydaşlarımız Berlində Sarkisyana qarşı etiraz aksiyası keçirəcəklər.

AzNews.az daxil olan məlumata görə, aksiyada Avropada məskunlaşan və əksəriyyəti məcburi köçkün olan 500-ə yaxın şəxs iştirak edəcək.

Aksiyanın keçirilməsində məqsəd Ermənistanın işğalçı siyasətini bir daha bəyan etmək, Azərbaycanın işğaldan, erməni terrorundan əziyyət çəkdiyini bildirmək, Angela Merkeli erməni təcavüzünü birmənalı şəkildə qınamağa çağırmaqdır.

Aksiyaya bu gün yerli vaxtla 12:00-da görüşün başlanmasından bir saat əvvəl start veriləcək.

Aksiya barədə əlavə məlumatlar verəcəyik.