Deputatlar müraciət etdi - Parlamentin növbədənkənar çağırılması üçün

Azərbaycan Milli Məclisinin (MM) bir qrup deputatı parlamentin növbədənkənar sessiyasının çağırılması üçün MM rəhbərliyinə müraciət edib.


Müraciəti 100-ə yaxın deputat imzalayıb.

Növbədənkənar sessiyasının çağırılmasında məqsəd yarımçıq qalmış bir sıra qanun layihələrini müzakirə etməkdir.

Qeyd edək ki, yaz sessiyasının sonuncu plenar iclası mayın 31-də keçiriləcək.

Xatırladaq ki, MM-in növbədənkənar sessiyası Azərbaycan Respublikası Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırılır.

Report.az