Üsyançılarla bağlı yeni iddia - Yaxınlarda vəzifələrini itirəcəklərmiş

“Türkiyədə baş vermiş hadisələrlə bağlı hələlik iki versiya daha inandırıcı görünür”.


Bunu AzNews.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl deyib.

O, qeyd edib ki, versiyanın birini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib: "Ərdoğan bildirdi ki, bu, Fətullah Gülən qruplaşmasının ölkədə siyasi hakimiyyətin dəyişdirilməsi cəhdidir. İkinci versiya isə bu ordunun içindəki bəlli qrupun narazılıqlarıyla bağlıdır. Bu qrup öz vəziyyətlərinin ağır olduğunu, yəni ordudan, vəzifələrdən uzaqlaşacaqlarını bilirdilər. Buna görə də belə bir cəhdə girişiblər. Hər iki ehtimalı istisna etməmək lazımdır".

T.İsmayılın sözlərinə görə, həmin qrupun cəzalandırılmasıyla bağlı bu günlərdə yüksək ordu şurasının keçirilməsi planlaşdırılıbmış: "Həmin şurada indi çevrilişə cəhd edənlərin onların çoxunu vəzifədən kənarlaşdıracaqdılar. Çox güman ki, onlar da buna etiraz etdilər. Hər halda, daha dəqiqini çevriliş cəhdi ilə bağlı keçiləcək məhkəmələrdən sonra biləcəyik".

Bahar RÜSTƏMLİ
AzNews.az