“Türkiyədə hərbi çevriliş cəhdi Ankaranın iki addım atmasını sürətləndirəcək”. “Türkiyədə hərbi çevriliş cəhdi Ankaranın iki addım atmasını sürətləndirəcək”.

Ərdoğanın iki planı –Türkiyə hökuməti strategiyanı dəyişir

“Türkiyədə hərbi çevriliş cəhdi Ankaranın iki addım atmasını sürətləndirəcək”.


AzNews.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, hər iki addımı belə şərh edib: "Birincisi, Ankara-Moskva yaxınlaşması gözlənildiyindən də sürətlə gedəcək. Hazırda Türkiyədən rəsmi nümayəndə heyəti Moskvada görüşlər keçirir. Hər iki ölkə "türk axını" layihəsinə yenidən qayıdırlar, vizasız səfərlər də gündəmdədir. Kreml Ankara-Vaşinqton münasibətlərinin soyumasından məharətlə istifadə edəcək. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarını avqustun 9-da Rusiyaya dəvət edib. Ən maraqlısı odur ki, Putin Bakıda İlham Əliyevlə görüşdən bir gün sonra Sankt-Peterburqda Ərdoğanla görüşəcək. Ümumi mövzular (Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanla sərhədin açılması) ətrafında fikir mübadiləsinin aparılması mümkündür.

İkincisi, Ərdoğanın yaxın aylarda Türkiyədə "Avropa İttifaqına üzv olaq, olmayaq?" sualı ətrafında referendum keçirəcəyi istisna deyil. Çünki, Türkiyədə həbslərin miqyası artdıqca, Brüsselin Ankaraya tənqidləri artacaq, bu isə Ərdoğanın xoşuna gəlməyəcək".

Bahar RÜSTƏMLİ
AzNews.az