Azərbaycan Prezidenti İlham Əliyev Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında sərəncam imzalayıb. Azərbaycan Prezidenti İlham Əliyev Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında sərəncam imzalayıb.

Prezident ehtiyat fondundan - 4 milyon ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında sərəncam imzalayıb.


AzNews.az xəbər verir ki, cari ilin iyul ayında yağan leysan nəticəsində sel suları Şəki rayonunun ərazisində Kiş çayı üzərindəki avtomobil körpüsünü uçurub, Kiş kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Sərəncamda qeyd olunur ki, yeddi min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 4 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.