Elşad Abdullayevə Parisdən VETO

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə Fransa Məhkəməsi siyasi sığınacaq verməyəçək. Bu barədə məlumat AzNews.az-a mötəbər mənbələrdən daxil olub.

Həmin məlumata görə, hazırda Fransada Şengen vizası ilə yaşayan ABU-nun sabiq rektoru Elşad Abdullayev daimi yaşamaq, siyasi sığınacaq almaq məqsədilə bu ölkənin məhkəməsinə müraciət edib. Amma onun bu müraciəti rədd edilib. E.Abdullayevin müraciəti Fransanın müvafiq orqanları tərəfindən qəbul edilməməklə yanaşı, həm də müzakirəsinə veto qoyulub.

Bildirilir ki, ABU rektoru ilə yanaşı Fransada yaşayan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin də siyasi sığınacaqla bağlı Fransa məhkəməsinə müraciəti rədd edilib.

Turan Türkan
AzNews.az