Ekspert: “Radiolokasiya Stansiyası ölkələrarası münasibətlərə zərər gətirməyəcək” Ekspert: “Radiolokasiya Stansiyası ölkələrarası münasibətlərə zərər gətirməyəcək”

Qəbələ RLS-lə bağlı məsələ həllini tapır

Ekspert: “Radiolokasiya Stansiyası ölkələrarası münasibətlərə zərər gətirməyəcək”



Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı müzakirələr gedir və ilin sonunadək məsələ həll ediləcək. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib (ANS PRESS).

Ekspertlər Qəbələ RLS-in Rusiya üçün əhəmiyyət daşımadığını deyirlər. Hərbi ekspert Azad İsazadənin sözlərinə görə, Qəbələ RLS Rusiya üçün əhəmiyyət daşımır: "Texniki cəhətdən stansiya Rusiya tərəfi üçün əhəmiyyət kəsb etmir. Rusiya məlumat əldə etmək üçün ayrı yerdə də stansiya qura bilər".

Millət vəkili Aydın Mirzəzadə RLS-lə yanaşı Rusiya hərbçilərinin Azərbaycanın hava limanından, kommunikasiya xətlərindən istifadə etdiyini söyləyərək, qonşu ölkənin Qəbələ RLS-ə alternativ variantların olduğunu deyir.

Millət vəkili danışıqların nəticəsindən asılı olmayaraq ölkələrarası münasibətlərə zərər dəyməyəcəyini bildirib: "Rusiya Azərbaycanın maraqlarını nəzərə almalıdır. O ki qaldı münasibətlərə, bir obyektə görə münasibətlərə zərər dəyməz".

Qeyd edək ki, Qəbələ RLS 1997-ci ildə Azərbaycan tərəfindən Rusiyaya 15 il müddətinə icarəyə verilmişdi. Azərbaycan Qəbələ RLS-in icarə müddətinin uzadılması müqabilində bir sıra təkliflər irəli sürüb. Bura icarə haqqının artırılması, RLS-in ekoloji təsirlərinin aradan qaldırılması üçün Rusiyanın əlavə pul ayırması, stansiyadakı azərbaycanlı heyətin sayının artırılması, stansiyadan müştərək istifadə, o cümlədən, rəsmi Bakı ilə razılaşmadan stansiyada əldə olunan məlumatların üçüncü dövlətə ötürülməməsi daxildir.

AzNews.az