Mübariz Qurbanlı Sərkisyanı qorxaq itə bənzətdi

“ Sərkisyan hansısa ulu babasının “Azıxantrop” olduğunu iddia edə bilər, amma...”

Ermənistan prezidenti Serj Sərkisyan "Azadlıq radiosu"na müsahibəsində tarixi saxtakarlıqlarını bir daha ifadə edib. Sözügedən radionun Ermənistan bölməsinin (Radio Azatutyun) rəhbəri Qrayr Tamrazyanın suallarının arasında Azərbaycan, onun işğal altında olan əraziləri barədə məsələlər də yer tutub. S.Sərkisyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandırarkən Azərbaycanı "100 illik dövlət" adlandıb: "Biz isə tezliklə İrəvanın 2800 illiyini qeyd edəcəyik".

YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı AzNews.az-a bildirib ki, S.Sərkisyan bu fikirləri ilə millətçi və quldur dəstələri seçkiərəfəsi öz tərəfinə əkmək üçün deyib. O qeyd edib ki, Sərkisyanın dövlət başçısı kimi tarix elmindən xəbərsiz olması hamıya bəllidir və onunla bağlı iddialara vaxtında lazımı cavab verilib:

"Onun tarix haqqında elmə söykənməyən fikirlərinə bir özü, bir də özü kimilər inana bilərlər. Azərbaycan xalqının bu bölgədə yaratdığı böyük dövlətlər olub. Xüsusilə də Səfəvilər dövlətinin adını çəkmək kifayətdir ki, dövlətçilik tariximizin nə qədər yüksək səviyyədə olduğu hamıya məlum olsun. Həmin dövlətin tərkibində ermənilər azlıq təşkil ediblər və əslində Cənubi Qafqazda erməni olmayıb, onlar bura sonradan köçürmə yolu ilə gəlib. Türkdilli xalqların yaratdığı dövlətlərdə ermənilər sıradan bir xalq kimi sığınacaq tapıb. Yeni güclü bir hami tapana qədər də həmin dövlətlərin içərisində yazıq, məzlum sifəti ilə yaşayıblar".

Bunu Sərkisyanın növbəti sərsəmələri adlandıran M.Qurbanlı bildirib ki, Sərkisyan hansısa ulu babasının "Azıxantrop" olduğunu iddia edə bilər, amma reallıqlar başqadır:

"Hamı bilir ki, İrəvan şəhərinin adı Rəvandır və Rəvan xanın şərəfinə belə adlandırılıb. Bu xanlıq həmin vaxt Cənubi Qafqazda ən böyük xanlıqlardan bir olub. Bu ərazidə az sayda erməni yaşayıbsa, onlar hansısa formada idarəçilikdə iştirak etməyiblər. Tarixi mənbələrdə və statistik məlumatlarda da göstərilir ki, İrəvan şəhərinin əhalisinin əksəriyyəti mənşəcə türk olublar".

Deputat onu da qeyd edib ki, Sərkisyan bununla həm də erməni işğalçılığına bəraət qazandırmaq istəyir:

"Azərbaycan xalqının soykökü, tarixi, keçdiyi yol, yaratdığı dövlətlər də hamıya bəllidir. Eyni zamanda da ermənilərin dövlətinin tarixi və nə zaman süquta uğradığı hamıya bəllidir. Ona görə də bu tipli çıxışlar qorxan, hürkən itin quyruğunu bulamasına bənzəyir".


Gültəkin
AzNews.az