“Bu uğur təkcə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin deyil, prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin uğurudur” “Bu uğur təkcə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin deyil, prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin uğurudur”

“Hiyləgər cəhdlər uğur qazanmadı”

“Bu uğur təkcə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin deyil, prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin uğurudur”




"AŞPA-nın son qış sessiyasından əvvəlki dövrdə Rusiya, Ukrayna, Moldova, Fransa, Böyük Britaniya, İtaliya və bir sıra digər ölkələrin parlamentlərində Azərbaycanın mövqeyinin çatdırılması ilə bağlı müxtəlif səviyyələrində aparılan müzakirələr sessiya çərçivəsində öz nəticəsini verdi".

APA-nın məlumatına görə bu fikirləri barədə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prizedenti Səməd Seyidov Milli Məclisdə sessiyanın yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sessiya çərçivəsində Azərbaycana təsir göstərmək üçün insan haqları, demokratiya kimi ali dəyərlərdən sui-istifadə etmək cəhdi göstərilib: "Lakin bu hiyləgər cəhdlər uğur qazanmadı".

Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatının qəbul olunmamasından danışan S .Seyidov deyib ki, bu uğur təkcə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin deyil, prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin uğurudur: "AŞPA-da müzakirələr bir daha göstərdi ki, Azərbaycana qarşı bu kimi cəhdlər artıq Avropanın özünə təhlükə yaradır, buna görə də, Avropa tərəfindən rədd olunur. Eyni zamanda Avropa Şurası bu sessiyada sübut etdi ki, Azərbaycanla konstruktiv əməkdaşlığa hazırdır".

AzNews.az