O, Göytəpə postundan geri qayıtdı O, Göytəpə postundan geri qayıtdı

İsa Qəmbərdə bu dəfə də alınmadı -YENİLƏNİB

O, Göytəpə postundan geri qayıtdı


AzNews.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, İsə Qəmbər və onun maşın karvarı Göytəpədən geri qayıdıb.

Maşın karvanı Göytəpə qəsəbəsi yaxınlığında Yol Patrul Xidməti postunda saxlanılıb və sənəd yoxlaması aparılıb. İ. Qəmbərin maşını və daha bir avtomobil postdan buraxılıb. Onu müşayiət edən digər avtomobillər isə postdan buraxılmayıb.

Müsavat başqanı gərginlik yaranmaması üçün geri dönmək barədə qərar verib və kortej Baklıya istiqamət götürüb.


15:19

Partiyadan APA-ya daxil olan məlumata görə, səfər Müsavat Partiyasının Lənkəran rayon təşkilatının yaranmasının 20 illiyi ilə bağlı tədbirdə iştirak etmək məqsədi daşıyır.

Məlumatda bildirilib ki, partiya başqanının korteji Goytəpə qəsəbəsi yaxınlığında Yol Patrul Xidməti postunda saxlanılıb və sənəd yoxlaması aparılıb.

Qeyd edək ki, bundan əvvəl də Müsavat başqanı Lənkərana getməyə cəhd edib. Lakin şəhərin girişində bir qrup tərəfindən onun maşının qarşısı kəsilib, İsa Qəmbər qarşıdurmanın böyüməməsi üçün geri qayıdıb.

***
Onu 100-ə yaxın şəxs müşayiət edir. Onların arasında bir sıra media təmsilçiləri, eləcə də AzNews.az-ın da əməkdaşı var.
Səfər barədə maraqlı məqamları operativ olaraq oxucuların diqqətinə çatdıracağıq.

Qeyd edək ki, İ. Qəmbər birinci dəfə yanvarın 13-də Lənkərana səfər etmişdi.
Bu səfəri öncəsi isə Lənkəran rəhbərliyi onu Lənkərana gəlməsini məqsədə müvafiq hesab etməyib. Bildirilib ki, Lənkəran camaatı İsa Qəmbərin gəlişini istəmirlər.

AzNews.az