Suriyada davamlı atəşkəs və siyasi nizamlanmanın təmin edilməsi üçün ABŞ-la əməkdaşlıq zəruridir. Suriyada davamlı atəşkəs və siyasi nizamlanmanın təmin edilməsi üçün ABŞ-la əməkdaşlıq zəruridir.

“ABŞ-ın Suriya nizamlanmasında iştirakı vacibdir” - Çavuşoğlu

Suriyada davamlı atəşkəs və siyasi nizamlanmanın təmin edilməsi üçün ABŞ-la əməkdaşlıq zəruridir.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“Biz Vaşinqtona müraciət edərək Astanaya nümayəndə heyəti göndərməyi xahiş etdik”, - deyə Çavuşoğlu Vaşinqtona səfəri çərçivəsində bildirib.

Çavuşoğlu Vaşinqtonun Ankaranın Suriyada İŞİD-lə mübarizədə atdığı addımlarına kifayət qədər dəstək vermədiyini qeyd edib: “Amerikalılar Türkiyənin dəstəklədiyi Suriya silahlı müxalifət qüvvələrinin Türkiyə sərhədindən 20 kilometrdən çox məsafəyə irəliləyəcəyi təqdirdə “Ərəfat Qalxanı” əməliyyatına dəstək verməyəcəklərini bəyan ediblər.

Onun sözlərinə görə, ABŞ hava qüvvələrinin Türkiyə ordusunun Əl-Bab ətrafında keçirdiyi əməliyyata dəstəyi simvolik xarakter daşıyır. “Terrorçularla mübarizədə biz daha geniş əməkdaşlığa hazırıq. Bu barədə ABŞ administrasiyasının nümayəndələrini məlumatlandırdıq”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, Suriya nizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq.

İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanada səfərdədir. ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyəcək, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.

AzNews.az