Trampdan sərt mesaj: “Atəşkəsi uzatmaq istəmirəm”

Donald Tramp CNBC-yə müsahibəsində İranla bağlı açıqlamalar verərək atəşkəsin uzadılmasına isti yanaşmadığını bildirib və davam edən danışıqlara təzyiq siqnalı verib.

Tramp “çox vaxtımız yoxdur” deyərək əlavə edib ki, ABŞ güclü mövqedən danışıqlar aparır və “əla bir razılaşma əldə edəcək”.

O bildirib ki, Vaşinqton “onlarla çox uğurla işləyir” və ABŞ-nin “güclü danışıqlar mövqeyində” olduğunu vurğulayıb.

Tramp həmçinin münaqişə dövründə tətbiq edilən tədbirlərə istinad edərək ABŞ-nin blokadasının “uğurlu olduğunu” qeyd edib.

Mövsüm,

AzNews.az