Rəsul Quliyev haqqında yayılan videodan danışdı

“O, mənə çatdırmaq istəyirdi ki...”




"Rəhim Qazıyev bu videonu 1995-ci ildə şəxsən mənim özümə göndərib. Bu müraciət bilavasitə mənə ünvanlanmışdı və 2 saatdan çox çəkirdi".

Bu sözləri AzNews.az-da yayılan "Rəhim Qazıyevdən Rəsul Quliyevə 2,5 milyonluq ittiham" videoxəbərinə münasibət bildirən eks-spiker deyib.

Teleqraf.az-a açıqılamasında Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin sözlərinə görə, təqdim olunmuş video material müraciətin yalnız bir hissəsidir. Həmin materiala baxdığını və R.Qazıyevin dediklərinin 90 faizinin Heydər Əliyev barədə ittihamlara həsr olunduğunu deyib:

"Çünki Rəhim Qazıyev gizlənirdi. O, mənə çatdırmaq istəyirdi ki, həmin 2,5 milyon dolları o mənimsəməyib. Rəhim Qazıyevi tanıyan bir adam kimi deyə bilərəm ki, pulun mənimsənilməsində o iştirak etməyib. Həmin pul Rəhim Qazıyev və Nazirlər Sovetinin məktubunun əsasında verilib. Vəsaitin xərclənməsinin məsuliyyəti də Müdafiə Nazirliyinin üstünə düşürdü. Mənə ünvanladığı müraciətdə həmin pula silah alınmamasında onun günahının olmadığını deyirdi. Əgər möhkəm axtarsam, o 2 saatlıq videonu tapa bilərəm. Ancaq Rəhim Qazıyevin özü də onu bütövlüklə yaya bilər".

AzNews.az