ABŞ Senatında demokratlar səhiyyə və sosial xidmətlər naziri və maliyyə naziri vəzifəsinə namizədlərə səs verməkdən imtina edib. ABŞ Senatında demokratlar səhiyyə və sosial xidmətlər naziri və maliyyə naziri vəzifəsinə namizədlərə səs verməkdən imtina edib.

Demokratlar Trampı baykot etdilər

ABŞ Senatında demokratlar səhiyyə və sosial xidmətlər naziri və maliyyə naziri vəzifəsinə namizədlərə səs verməkdən imtina edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Konqressinin Senatında demokratlar səhiyyə naziri və sosial xidmətlər vəzifəsinə Tom Prays və maliyyə naziri vəzifəsinə Stiven Mnuçin namizədliyi üzrə səsverməni baykot ediblər.

Beləliklə, səsvermə faktiki olaraq bloklanmış oldu, çünki səsvermənin keçirilməsi üçün bir nəfər belə olsa demokrat iştirak etməlidir. Demokratlar partiyası bildiriblər ki, həmin şəxslər nazir vəzifəsini icra etməyə layiq deyillər.

Ağ ev öz növbəsində baykotu yolverilməz adlandırıb. Bu barədə Ağ evin mətbuat katibi Şon Spayser bəyanat yayıb.