NATO bu ilin sonuna kimi Əfqanıstanda missiyasını rəsmi şəkildə başa vurduqdan sonra Azərbaycan sülhməramlıları da geri çağırılacaq NATO bu ilin sonuna kimi Əfqanıstanda missiyasını rəsmi şəkildə başa vurduqdan sonra Azərbaycan sülhməramlıları da geri çağırılacaq

Sülhməramlılarımız da geri çağırılacaq

NATO bu ilin sonuna kimi Əfqanıstanda missiyasını rəsmi şəkildə başa vurduqdan sonra Azərbaycan sülhməramlıları da geri çağırılacaq




Diplomatik mənbələrdən verilən məlumata görə, bununla bağlı artıq hakimiyyətin yüksək eşelonunda müzakirələr aparılıb və NATO qüvvələrinin çıxarılmasından sonra Azərbaycan hərbçilərinin Əfqanıstanda saxlanması məqbul hesab edilməyib.

Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc da APA-ya açıqlamasında bu məsələnin müzakirə edildiyini, NATO və ABŞ qoşunları ilə yanaşı, Azərbaycan hərbçilərinin də Əfqanıstandan çıxarılacağını deyib: "Parlamentə bununla bağlı təklif gələcək və qəbul ediləcək. Belə fikirlər vardı ki, NATO missiyasını başa çatdırdıqdan sonra Türkiyə Əfqanıstanda əsas missiyanı üzərinə götürəcək və onun komandanlığı altında Azərbaycan sülhməramlıları da Əfqanıstanda qalacaq. Lakin artıq vəziyyət dəyişib. Əfqanıstanla bağlı regional və beynəlxalq situasiya dəyişdiyindən Azərbaycanda da sülhməramlılarını çıxacağıq, Əfqanıstanın yerli hərbi və polis qüvvələri vəziyyətə nəzarət edəcək".

Z. Oruc deyib ki, Azərbaycan Əfqanıstanda olduğu müddətdə sülhyaratma prosesinə öz töhfəsini verib, üzərinə düşən missiyanı uğurla yerinə yetirib: "Hərbçilərimiz sülhyaratma əməliyyatlarda iştirak etdi və bir daha göstərdi ki, Azərbaycan sülhməramlıları sülh korpusudur".

Millət vəkili deyib ki, ABŞ-ın 140 minlik kontingenti Əfqanıstandan çıxdıqdan dərhal sonra Azərbaycan da öz sülhməramlılarını oradan çıxaracaq və bu, birmənalıdır: "Kimsə bizim fərqli qərar verəcəyimizi gözləməsin, Azərbaycan NATO-nun ardınca Əfqanıstandan çıxacaq".

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 22 nəfərlik sülhməramlı taqımı 20 noyabr 2002-ci il tarixdən Əfqanıstanda NATO-nun komandanlığı altındakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 2008-ci ildə sülhməramlı kontingentinin sayı artırılaraq bölük səviyyəsinə çatdırılıb. 2009-cu ilin oktyabr ayında isə Milli Məclis Əfqanıstandakı sülhməramlı kontingentin 2 dəfə artırılaraq 90 nəfərə çatdırılması barədə qərar qəbul edib.

Azərbaycan hərbçiləri İSAF əməliyyatlarında Türkiyə kontingentinin tərkibində fəaliyyət göstərir. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirir.

AzNews.az