“Bu cür aksiyalar yolverilməzdir” “Bu cür aksiyalar yolverilməzdir”

Millət vəkili YAP-ın keçirdiyi aksiyanı pislədi

“Bu cür aksiyalar yolverilməzdir”



"Hər hansı sözləri varsa, ədəbiyyatdan uzaq əsərə qiymət vermək istəyirlərsə, sözlə versinlər. "İfritə ovu"na bənzər hissləri həyata keçirməyi düzgün hesab etmirəm".

Bunu AzNews.az-a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə YAP Gənclər Təşkilatının üzvlərinin Əkrəm Əylislinin yaşadığı binanın qarşısında keçirdikləri etiraz aksiyası münasibət bildirərkən deyib. A.Mollazadə qeyd edib ki, bu tipli məsələlərdən istifadə edən həm Rusiya, həm də Ermənistan təbliğat maşının işə salırlar: "Rusiyada ermənilərə məxsus "Regnum" informasiya agentliyi, artıq, bu barədə xəbərlər yayırlar. Xəbərlərdə qeyd olunur ki, azərbaycanlı yazıçını əsərinə görə ittiham edirlər, hücumlar edirlər. Ona görə də bu istiqamətdə keçirilən aksiyaları düzgün hesab etmirəm. Sadəcə olaraq, məsələyə mənəvi və siyasi qiymət vermək olar".

Millət vəkili Ə.Əylislinin erməni adlandırılmasına da etiraz edib.

Qeyd edək ki, yazıçı Əkrəm Əylisinin "Daş yuxular" romanına etiraz əlaməti olaraq Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının üzvləri və bir qrup tələbə Ə. Əylisinin yaşadığı binanın qarşısına toplaşıb, etiraz aksiyası keçiriblər. Onlar "Ölkədən cəhənnəm ol!", "Erməniyə niyə uydun?!", "Erməni Əkrəm, çıx ölkədən!" və s. şüarlar səsləndiriblər.

İlkin
AzNews.az