“Türkiyəsiz Avropa mövcud ola bilməz”- Mübariz Əhmədoğlu

Qərb bu gün düzgün qərar qəbul edə bilmir.

Bu sözləri AzNews.az-a politoloq Mübariz Əhmədoğlu AŞPA-nın Türkiyəni monitorinq altında olan ölkələr siyahısına daxil etməsini şərh edərkən bildirib. Onun sözlərinə görə, Qərbin düzgün qərar qəbul etmə mexanizmi xarab olub:

Bu Türkiyə və ya Azərbaycanla bağlı məsələ deyil. Dünyada problemlər, fəlakətlər artıb. Bu fəakətlərin sayının artması da Qərbin düzgün qərar qəbul etməməsinin nəticəsidir. Bu cür səhv qərarlardan biri də Türkiyəylə bağlıdır. Türkiyədə sonuncu dəfə keçirilən referendumla bağlı kiminsə sualları ola bilər. Amma Türkiyədə son 50 il ərzində keçirilən seçkilərin, səsvermələrin hamısı demokratik göstəricilərinə görə Avropanın bütün ölkələrindən yüksək səviyyədə olub. Bəs onda niyə onlar Türkiyəni qapı ağzında saxlayırlar? Niyə qəbul etmirlər?

Politoloqun fikrincə, buna səbəb Türkiyənin demokratik, güclü olub-olmamasının Avropa üçün maraqlı olmamasıdır.

Deməli, Avropa Şurasının “beyin mərkəzləri” yaxşı işləmir. İndi əllərinə bəhanə düşüb ki, Türkiyəyə qarşı münasibətlərini açıq bildirsinlər və bildirdilər. Amma çox keçməz və Avropa dərk edər ki, Türkiyəsiz onun mövcudluğunda ciddi problemlər yarana bilər. Bəli, hazırda Türkiyə iqtisadiyyatının 60-70%-i Qərbin payına düşür. Eyni ilə Avropanın təhülkəziliyinin də 60-70%-i Türkiyənin payına düşür. Ona görə də Avropa seçim etməlidir. Türkiyəni iqtisadi bəlaya sala bilər. Amma Avropanın özünün təhülkəsizliyi də çox ciddi fəlakətlə nəticələnə bilər. Məncə, Avropanın yeni nəsil siyasətçiləri dərk edəcəklər ki, Türkiyəsiz yaşamaq mümkün deyil və Tükiyəyə qarşı münasibət dəyişəcək. Yox, əgər Türkiyəyə qarşı Avropa Şurası, ümumiyyətlə Qərb öz siyasətini dəyişməsə, artıq o cür Avropa mövcud ola bilməz.

Mübariz Əhmədoğlunun sözlərinə görə, Avropa Şurasının Tükiyəyə qarşı bu münasibəti davam etsə, Qərbdə başlayan “berxit”, “çıxış” prosesləri daha da sürətlənəcək:

Əgər Avropa parçalansa,Türkiyə ayrı-ayrı Avropa dövlətləri ilə iqtisadi əməkdaşlıq quraraq daha bacarıqlı və daha möhkəm olacaq.

Səbinə Məlikova

AzNews.az