Yaponiya imperatoru İlham Əliyevə məktub göndərdi

Yaponiya imperatoru Akihito prezident İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri, milli bayramınız - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, Zati-alinizə xoşbəxtlik və Azərbaycan xalqına rifah arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram”.