Prezident efiopiyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının prezidenti Mulatu Teşomenə təbrik məktubu ünvanlayıb.

AzNews.az xəbər verir ki, məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Efiopiya xalqına sülh və tərəqqi diləyirəm”.