Prezident İlham Əliyev A.M.Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyev A.M.Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Abdulrəhim Hacıyevə prezident təqaüdü verildi - Sərəncam

Prezident İlham Əliyev A.M.Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə Abdulrəhim Mövlud oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.