Ziyalılar Forumunun Koordinasiya Şurasının Əkrəm Əylislinin “Daş yuxular” romanından əvvəlcədən xəbəri olub. Ziyalılar Forumunun Koordinasiya Şurasının Əkrəm Əylislinin “Daş yuxular” romanından əvvəlcədən xəbəri olub.

“Daş yuxular” 3 romandan biri imiş

Ziyalılar Forumunun Koordinasiya Şurasının Əkrəm Əylislinin “Daş yuxular” romanından əvvəlcədən xəbəri olub.



"Yeni Müsavat" bu barədə məlumatlı mənbəsinə istinadən xəbər yayıb.

Məlumata görə, bu romanın da yer aldığı "Möhtəşəm tıxac" aldığı trilogiya hələ iki i əvvəl Bakıdakı nəşriyyatlardan birində az tirajla dərc olunub və müəllif tərəfindən məhdud sayda seçilmiş oxuculara paylanıb.

Əslində "Daş yuxular" həmin kitabdakı ikinci romandır. Kitaba daxil olan birinci roman "Yəmən", üçüncü isə "Möhtəşəm tıxac" adlanır.

Rəy üçün kitab verilən insanların böyük əksəriyyəti Ziyalılar Forumunun üzvləri olublar. Əsər, Ziyalılar Forumu formatında hətta müzakirəyə də çıxarılıb. Müzakirələr zamanı kitab bəyənilib; xüsusi ilə trilogiyanın "Möhtəşəm tıxac" adlanan 3-cü romanı yüksək rəylər alıb.

İndi ölkə gündəmini qarışdıran "Daş yuxular" isə bir neçə ziyalı tərəfindən tənqid olunub. Məhz bu romana görə yekun rəy belə olub ki, bu kitabı, xüsusi ilə də ona daxil olan "Daş yuxular" romanını Bakıda dərc etdirmək olmaz. Bu tövsiyələrdən sonra sınaq tirajı ilə kifayətlənilib və "Möhtəşəm tıxac" nəzərdə tutulan sayda nəşr edilməyib. Lakin bütün bunların üstündən, Əkrəm Əylisli kitabındakı 3 romandan məhz "Daş yuxular"ı seçərək, "Drujba narodov" jurnalına təqdim edib. Sonrası məlumdur...