- Köhnə - Siyasət
- 9 İyun 2017 15:20
- 4 708
Estoniyanın xarici işlər naziri Bakıya gəlir
Estoniya Respublikasının xarici işlər naziri Sven Mikser 12 iyun 2017-ci il tarixində Azərbaycana rəsmi səfərə gələcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Sven Mikserin xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra mətbuat konfransı keçiriləcək.