- Köhnə - Siyasət
- 14 İyun 2017 17:59
- 5 973
“Cocuq Mərcanlıda əlavə evlər tikiləcək” - Prezident
"Bu gün Milli Qurtuluş Gününün ərəfəsidir. Qurtuluş Günü müasir Azərbaycanın dönüş nöqtəsidir".
AzNews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində Oqtay Həziyevin ailə üzvləri ilə söhbətində deyib.
"Təəssüf edirəm ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə olmayıb. Əgər o, həmin illərdə Azərbaycanda olsaydı, bir qarış torpağımız belə işğal altına düşməzdi. Müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik etmiş şəxslər zəiflik və qorxaqlıq göstərdilər. Xəyanətkar hakimiyyət torpaqlarımızı qoruyub saxlaya bilmədi"-deyə dövlət başçısı bildirib.
Prezident bildirib ki, növbəti mərhələdə Cocuq Mərcanlıda əlavə evlər tikiləcək: “100 ev, bəlkə də ondan da çox evin tikilməsi nəzərdə tutulub. Tibb məntəqəsi, yeni iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcək. Əminəm ki, Cocuq Mərcanlı əhalinin gələcək həyatı xoşbəxt, uğurlu olacaq. Kənd sakinləri bura qayıdandan sonra burada həyat daha da canlanacaq”