Kuba Ağ Evə sərt etiraz etdi – "Münasibətlər gərginləşə bilər"

Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın sabiq hökumətin Kuba ilə bağlı qərarını ləğv etməsi Havanada sərt etirazlara səbəb olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Kuba prezidenti Raul Kastro Trampın Kuba ilə bağlı çıxışını “düşmən sözləri” adlandırıb. Lakin Kastro bildirib ki, Kuba Vaşinqtonla qarşılıqlı hörmətə əsaslanan danışıqları davam etdirməyə hazırdır.

Kuba hökuməti bildirib ki, ABŞ Kubanın daxili siyasətini dəyişdirməyə çalışırsa, onun bu planı baş tutmayacaq.

Tramp bir qədər əvvəl qeyd edib ki, Ağ Ev Kubaya qarşı bir sıra səyahət və ticarət qadağalarını yenidən tədbiq edəcək.

Sabiq prezident Barak Obama dövründə bu qadağalar təktərəfli şəkildə aradan qaldırılmışdı.

Hazırda tərəflər arasında yaranmış gərginliyə baxmayaraq diplomatik əlaqələrin davam etdiriləcəyi qeyd olunur.

Bəxtiyar Abbasov

AzNews.az