- Köhnə - Siyasət
- 29 İyun 2017 16:17
- 4 618
Prezident bu şəxslərə general-mayor rütbəsi verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
AzNews.az xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:
polis polkovniki Arzu Arif oğlu Daşdəmirova
polis polkovniki Emil Ramil oğlu Usubova
polis polkovniki Oqtay Əsgər oğlu Kərimova
polis polkovniki Səfər Hüseyn oğlu Əliyevə.