- Köhnə - Siyasət
- 30 İyun 2017 11:44
- 3 966
“Ərdoğan Almaniyaya səfərini ləğv etmək fikrində deyil” - Prezident Administrasiyası
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadakı türk ictimaiyyəti qarşısında çıxışına qadağa qoyulmasına cavab olaraq Hamburqa səfərini ləğv etmək ehtimalını nəzərdən keçirmir.
Bu barədə Trend-ə özəl olaraq Türkiyə Prezidenti Administrasiyasından deyiblər.
Administrasiyadan bildiriblər ki, Almaniya Türkiyə kimi region üçün vacib olan bir dövlətlə münasibətlərini pozmamalıdır.
Türkiyə Prezidenti Administrasiyasından bildiriblər: "Bir sıra Avropa dövlətləri Türkiyəyə münasibətdə ikili standartlar yürüdürlər ki, bu, demokratiyanın prinsiplərinə ziddir".
AzNews.az