“Çıxış yolu müharibədir”- Akif Nağı

“Azərbaycan beynəlxalq təşkilatlardan heç nə gözləməli deyil”.

Bunu AzNews.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı 2 yaşlı Zərha Quliyevanın ermənilər tərəfindən qətlə yetirilməsində beynəlxalq təşkilatların susmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hadisədən iki gün keçməsinə baxmayaraq, beynəlxalq QHT-lər hələ də susurlar:

“Biz bu məsələdə daha çox özümüzü ittiham etməliyik. Nə üçün müharibəni başlamırıq? Çıxış yolu ancaq müharibədir. Bunun başqa yolu yoxdur.”

Akif Nağı qeyd edib ki, nə qədər ki, müharibə başlanmayıb günahsız körpələr ermənilər tərəfindən qətlə yetiriləcək.

Bahar RÜSTƏMLİ

AzNews.az