Prezident İlham Əliyev monteneqrolu həmkarı Filip Vuyanoviçi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. Prezident İlham Əliyev monteneqrolu həmkarı Filip Vuyanoviçi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

İlham Əliyev monteneqrolu həmkarını təbrik edib

Prezident İlham Əliyev monteneqrolu həmkarı Filip Vuyanoviçi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

AzNews.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Monteneqro dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və inkişafı yolunda atılan addımlar bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcək. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.