- Köhnə - Siyasət
- 1 Avqust 2017 00:00
- 5 375
Çindən Şimali Koreya açıqlaması
Çinin Birləşmiş Millətlər (BMT) üzrə daimi nümayəndəsi Liu Jieyi Şimali Koreya və ABŞ arasında artan gərginliklə bağlı açıqlama verib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Liu Jieyi , Koreya Yarımadasında qarşıdurma ya da döyüşə qarşı olduqlarını bildirib. O, əlavə edib ki, Şimali Koreya və ABŞ öz öhdəliklərini yerinə yetirməzsə, Çin, nə edirsə etsin, səyləri nəticə verməyəcək: "Əsas məsuliyyət Çinə deyil, bu iki ölkəyə aiddir".
Ballistik raket sınaqları səbəbi ilə Şimali Koreya ilə ABŞ arasında artan gərginliyi qiymətləndirən Liu, hədəflərinin Şimali Koreyanın nüvə silahsızlanması olduğunu və bu hədəfə də dialoq və müzakirələrlə çatmağın lazım olduğunu vurğulayıb.