“Bu mənim Azərbaycana artıq ikinci səfərimdir. İlk dəfə mən Bakıda Cənubi Koreyanın xarici işlər naziri kimi rəsmi səfərdə olmuşdum". “Bu mənim Azərbaycana artıq ikinci səfərimdir. İlk dəfə mən Bakıda Cənubi Koreyanın xarici işlər naziri kimi rəsmi səfərdə olmuşdum".

Pan Gi Mun Bakıda

“Bu mənim Azərbaycana artıq ikinci səfərimdir. İlk dəfə mən Bakıda Cənubi Koreyanın xarici işlər naziri kimi rəsmi səfərdə olmuşdum".

"Report" xəbər verir ki, bunu 41-ci Dünya Skaut Konfransında iştirak etmək üçün Bakıya gələn BMT-nin keçmiş baş katibi Pan Gi Mun deyib.

O bildirib ki, BMT-nin baş katibi olduğu dövrdə Azərbaycan rəhbərliyi, xüsusən də Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla sıx əməkdaşlıq edib: "Azərbaycan Prezidenti bütün səylərini sülhə dəstəyə yönəldirdi. Mən onun idarəçilik və liderlik qabiliyyətinə heyran olmuşam və hörmət edirəm".

“Bu gün Azərbaycan Dünya Skaut Konfransına ev sahibliyi edir. Hesab edirəm ki, bu konfransda iştirak etmiş bütün dünya skautları, Azərbaycanın insanlığı, sülhə və dünyada əmin-amanlığa yönələn cəhdlərini görəcəklər. Bu prinsiplər dünya vətəndaşı olmaq istəyən skautlar üçün motivasiya və ruh yüksəkliyi deməkdir” – deyə BMT-nin keçmiş baş katibi əlavə edib.