Trampın müşaviri istefa verdi

ABŞ prezidenti Donald Trampın strateji məsələlər üzrə baş müşaviri Stiv Bennon istefa verib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin mətbuat katibi Sara Sandersin bəyanatında deyilir ki,Stiv Bennon istefa ərizəsini Ağ Ev aparatının rəhbəri Con Kelli ilə bu gün razılaşdırıb.

Qeyd edək ki, Trampın seçkiqabağı komandasına qatılmamışdan qabaq S.Bennon sağçı “Breitbart” saytına rəhbərlik edib.