İlham Əliyev sabiq dövlət və hökumət başçılarını qəbul etdi - Yenilənib

Prezident İlham Əliyev qəbul keçirib.

AzNews.az xəbər verir ki, avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini, Latviyanın sabiq Prezidenti Valdis Zatlersi, Bolqarıstanın sabiq prezidentləri Rosen Plevnelievi və Petar Stoyanovu, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçi, İsrailin sabiq Prezidenti Dalia İtziki, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyanı, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətini qəbul edib.

***

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq aləmdə nüfuzunun getdikcə artdığı, tərəfdaşlarının çoxaldığı, fəaliyyət istiqamətlərinin genişləndiyi vurğulanıb və Mərkəzin gələcək fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunun əhəmiyyəti qeyd ediib.