Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunu təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

AzNews.az xəbər verir ki, fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturu” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahididir;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər idarəsinin işçilərinin say həddini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir;

2.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti zərurət olduqda Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturuna daxil olan şöbələrdə sektorlar (İşlər idarəsində şöbələr və sektorlar) yaradır.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin;

3.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.