“Ərazi bütövlüyü Dağlıq Qarabağ münaqişəsinin həllinin vacib hissəsidir”

Ərazi bütövlüyü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacib hissəsidir.

Trend-in məlumatına görə, bunu Vaşinqtonda keçirilən "dəyirmi masa"da ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədri Riçard Hoqland deyib.

R.Hoqland bildirib ki, Azərbaycanın suverenliyinə hörmət təmin edilmədən və suverenliyin həmin ərazilər üzərində bərpasını qəbul etmədən münaqişənin nizamlanması mümkün deyil.

O əlavə edib ki, münaqişənin nizamlanması özündə bütün məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması hüququnun tanınmasını və təhlükəsiziyə beynəlxalq zəmanətin təmin edilməsini birləşdirməlidir.

Xatırladaq ki, Endyu Şofer ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni daimi həmsədri təyin edilib. O, ABŞ-ın təcrübəli diplomatlarından biridir, bundan əvvəl Birləşmiş Ştatların Vyanada beynəlxalq təşkilatlar yanındakı missiyasında işləyib.

AzNews.az