- Köhnə - Siyasət
- 24 Avqust 2017 16:30
- 6 005
Prezidentdən “Qarabağ”la bağlı - Sərəncam
Prezident İlham Əliyev “Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar sərəncam imzalayıb.
AzNews.az xəbər verir ki, sərəncamda deyilir:
1. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.