Prezident İlham Əliyev slovakiyalı həmkarı Andrey Kiskaya təbrik məktubu göndərib. Prezident İlham Əliyev slovakiyalı həmkarı Andrey Kiskaya təbrik məktubu göndərib.

İlham Əliyev həmkarlarını təbrik etdi

Prezident İlham Əliyev slovakiyalı həmkarı Andrey Kiskaya təbrik məktubu göndərib.

AzNews.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə də bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

“Müstəqillik yolu ilə inamla irəliləyən qardaş Özbəkistanın dövlətçiliyin möhkəmləndirilməsi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlar bizi sevindirir”, - deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan ilə Özbəkistanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir.

Azərbaycan Prezidenti qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli münasibətlərin xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inandığını bildirib.

Dövlət başçısı müqəddəs Qurban bayramı münasibətilə Şavkat Mirziyoyevə və Özbəkistanın bütün müsəlmanlarına ən səmimi təbriklərini yetirib, həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Özbəkistan xalqına əmin-amanlıq və firavanlıq diləyib.